Salah Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçildi

Salah Premyer Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
24.05.2025 17:30 İdman

“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu elan olunub.   

TodayPress TV xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti sosial şəbəkə “X”də məlumat yayıb. 

32 yaşlı misirli forvard cari mövsümdə Premyer Liqada 37 oyunda iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Salah uğurlu çıxışı  ilə komandasının çempionluğuna töhfə verib. 

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 400 oyuna çıxıb, 244 qol vurub və 113 assistlə yadda qalıb.

Forvardın mersisaydlılarla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında Salahın bazar dəyəri 55 milyon avro qiymətləndirilir.   

Namiq HUN

XƏBƏR LENTİ
05 AVQUST 2026
Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Bütün Xəbərlər