Rumıniya millisinin baş məşqçisinə kritik müdaxilə
“Şaxtyor” və “Zenit” klublarının sabiq baş məşqçisi Mirça Luçesku üçün defibrilyator quraşdırılacaq.
TodayPress TV xəbər verir ki, 80 yaşlı rumıniyalı mütəxəssis təcili hospitalizasiya edildikdən sonra kardioverter-defibrilyator (IKD) alacaq.
Tibb işçiləri defibrilyator quraşdırmağa qərar veriblər. Mirça özünü normal hiss edir.
Qeyd edək ki, Luçesku hazırda Rumıniya yığma komandasına rəhbərlik edir. O, martın 29-da Slovakiyaya yola düşməzdən əvvəl texniki iclas zamanı özünü pis hiss edib.
Xatırladaq ki, martın 26-da Rumıniya millisi Dünya Çempionatının seçmə mərhələsinin yarımfinalında Türkiyəyə (0:1) uduzub. Komanda martin 31-də Bratislavada Slovakiya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Namiq HUN