AFFA-dan “Neftçi”yə açıq çağırış: Emosiyalara yox, dialoqa!

AFFA-dan “Neftçi”yə açıq çağırış: Emosiyalara yox, dialoqa!
02.03.2026 16:17 İdman

AFFA Azərbaycan çempionatlarında olan hakim narazılıqları ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda “Neftçi”nin narazılığına da cavab verilib.

Bildirilib ki, son dövrlərdə AFFA Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatlar məhz prinsiplərin daha da möhkəmləndirilməsinə yönəlib:

“Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurları beynəlxalq təlimatlara uyğun icra olunur və proseslərin institusional əsaslarla təkmilləşdirilməsi davam etdirilir.

Eyni zamanda bildiririk ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün 3 dəfə rəsmi müraciət etmək hüququna malikdir. Bu mexanizm şəffaflığın artırılması və sualların institusional qaydada cavablandırılması məqsədi daşıyır.

Bununla yanaşı, “Neftçi” PFK tərəfindən son günlər ictimaiyyətə Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılır. Yaranmış vəziyyətdə spekulyasiya xarakterli məlumatların yayılması, ictimai rəylə manipulyasiya edilməsi və oyun epizodlarının qiymətləndirilməsində şəxsi maraqlardan irəli gələrək qaydaların təhrif olunması hallarının qarşısının alınması məqsədilə bildiririk ki, AFFA Hakimlər Komitəsi klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazırdır.

Bu məqsədlə “Neftçi” PFK-nın rəsmi nümayəndələrini AFFA-ya dəvət edir, təqdim olunan epizodların detallı şəkildə təhlil olunmasını və mövcud sualların cavablandırılmasını təklif edirik.

AFFA olaraq bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırırıq”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 Bütün Xəbərlər