Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı

Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı
24.12.2025 01:11 İdman
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.

TodayPress TV xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60 kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram), Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusi mükafata layiq görülüb.

2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları və idman jurnalistləri də açıqlanıb. 

“İlin ən yaxşı idman veteranı”

Tərlan Həsənov (cüdo)

Tamilla Bünyatova (atletika)

Məhəmməd Müslümzadə (sambo)

“İlin ədalətli oyun nominasiyası”

Azərbaycan Badminton Federasiyası

Azər İlyasov (Kanoe və avarçəkmə)

Rauf Məmmədov (şahmat)

“İlin ən yaxşı uşaq-gənclər idman məktəbi”

“Ulduz” futbol akademiyası

Respublika Kompleks idman məktəbi

Şuşa uşaq-gənclər idman məktəbi

“İlin ən yaxşı idman filmi və videoçarxı”

“Arzuların ardınca” filmi

“Baku Open” şahmat festivalı üçün videoçarx

“Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən” (taekvondo)

“İlin ən yaxşı idman klubları”

“Ocaq Sport” İdman Klubu

“Neftçi” İdman Klubu

DİN-in İdman Cəmiyyəti

“İlin ən yaxşı idman qurğusu”

Milli Gimnastika Arenası

Gəncə İdman Sarayı

Tofiq Bəhramov adına Respublika Stadionu

“İlin ən yaxşı Olimpiya-İdman Kompleksləri” (OİK)

Quba OİK

Şəki OİK

Şirvan OİK

“İlin ən yaxşı idman həkimi”

Zaur Abdullayev (Azərbaycan Boks Federasiyası)

Müşfiq İbrahimov (Azərbaycan Güləş Federasiyası)

“İlin ən yaxşı hakimi”

Nazim Umbayev (Azərbaycan Cüdo Federasiyası)

Eldar Zülfüqarov (Azərbaycan Voleybol Federasiyası)

Cahangir Babayev (Azərbaycan Karate Federasiyası)

Ramil Vəliyev (Azərbaycan Cüdo Federasiyası)

“İlin ən yaxşı idman tədbirləri”

MDB Oyunları

Minifutbol üzrə dünya çempionatı

UFC döyüş gecəsi

“İlin ən yaxşı idman federasiyaları”

Azərbaycan Cüdo Federasiyası

Azərbaycan Boks Federasiyası

Azərbaycan Gimnastika Federasiyası

“İlin qadınlardan ibarət ən yaxşı klub komandaları”

“Azərreyl” voleybol klubu

“Neftçi” futbol klubu

“Azəryol” həndbol klubu

“İlin kişilərdən ibarət ən yaxşı klub komandaları”

“Qarabağ” futbol klubu

“Sabah” basketbol klubu

“Kür” həndbol klubu

“İlin ən yaxşı idman dəstəkçiləri”

“iTicket.az”

“Azercell”

“Azəryolservis”

“Uğurlu beynəlxalq əməkdaşlıq”

Azərbaycan Avtomobil Federasiyası

Azərbaycan Üzgüçülük Federasiyası

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

“İlin kişilərdən ibarət ən yaxşı milli komandaları”

Minifutbol üzrə milli komanda

Boks üzrə milli komanda

Yunan-Roma güləşi üzrə milli komanda

“İlin qadınlardan ibarət ən yaxşı milli komandaları”

3×3 basketbol üzrə milli komanda

Şahmat üzrə milli komanda

Futbol üzrə milli komanda

“Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı baş məşqçiləri”

Elşad Quliyev (minifutbol)

Nicat Abbasov (şahmat)

Hikmət Hacıyev (kikboksinq)

“İlin ən yaxşı qadın məşqçiləri”

Amina Abdullatif (cüdo)

Fəridə Əzizova (taekvondo)

Samirə Hüseynova (qılıncoynatma)

“İlin ən yaxşı kişi məşqçisi”

Qurban Qurbanov (“Qarabağ” futbol klubu)

Riçard Trautman (cüdo)

Elbrus Rzayev (boks)

“İlin ən yaxşı paralimpiyaçıları”

İlham Zəkiyev (paracüdo)

Raman Saley (paraüzgüçülük)

Kamran Zeynalov (paragülləatıcılıq)

“Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançıları”

İrina Zaretska (karate)

Ülviyyə Fətəliyeva (şahmat)

Elvin Məmmədov (kikboksinq)

“İlin ən yaxşı qadın idmançıları”

Jalə Əliyeva (güləş)

Südabə Ağayeva (cüdo)

Nigar Nəsirova (atıcılıq)

“İlin ən yaxşı kişi idmançıları”

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Zelim Kotsoyev (cüdo)

İsa Rüstəmov (ağırlıqqaldırma)

Mükafatçılar bəlli olduqdan sonra tədbir bədii hissə ilə davam edib.

FOTOLAR

Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 1
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 2
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 3
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 4
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 5
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 6
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 7
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 8
Nazirlik 2025-ci ilin ən yaxşılarını açıqladı — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Bütün Xəbərlər