Çimayev revanş üçün Striklendə meydan oxudu

Çimayev revanş üçün Striklendə meydan oxudu
25.05.2026 10:20 İdman

Orta çəkidə keçmiş UFC çempionu Həmzət Çimayev mümkün revanş döyüşü ilə bağlı yenidən Şon Striklendə müraciət edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında paylaşım edib. 

“Gözləyirəm, hazır olanda mənə xəbər et, Şon. Növbəti dəfə kimsə ölməlidir”, – deyə Çimayev yazıb.

Xatırladaq ki, onların ilk qarşılaşması UFC 328 gecəsinin əsas döyüşü olub və Şon Striklendin hakimlərin parçalanmış qərarı ilə qələbəsi ilə yekunlaşıb. Bununla da amerikalı döyüşçü UFC-nin orta çəkidə (84 kq) yeni çempionu olub.

Bu məğlubiyyət Həmzət Çimayevin peşəkar MMA karyerasında ilk yenilgisi kimi tarixə düşüb. O, həmin döyüşə qədər 15 qələbəlik seriyaya sahib idi. Şon Striklendlə qarşılaşma isə Çimayev üçün ilk titul müdafiəsi sayılırdı. O, çempionluq kəmərini 2025-ci ilin avqustunda UFC 319 turnirində qazanmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Bütün Xəbərlər