Maliyyə şərti Husanovu futbola həsrət qoydu - YENİLƏNDİ

Maliyyə şərti Husanovu futbola həsrət qoydu - YENİLƏNDİ
31.05.2025 15:40 İdman

“Mançester Siti” klubunun özbək müdafiəçisi Abdukodir Husanov mövsümün sonuna yaxın uzun müddət əsas heyətdə görünməyib. 

TodayPress TV Aladop.kz portalına istinadən xəbər verir ki, “Mançester Siti” ilə Fransanın “Lans" klubu arasında bağlanmış müqavilədə xüsusi bənd yer alıb. 

Həmin şərtə əsasən, əgər Husanov cari mövsümdə 10-dan çox oyunda meydana çıxsaydı, “şəhərlilər” əlavə olaraq “Lans”a 5 milyon avro ödəməli olacaqdılar. Bu səbəbdən, müdafiəçinin Premyer Liqadakı çıxışları 9 oyunla məhdudlaşıb.

Qeyd edək ki, özbək müdafiəçi Abdukodir Husanov 29 fevral 2004-cü ildə Daşkənddə anadan olub. Onun “Mançester Siti”yə keçidi məhz “Lans” klubundakı baxımlı oyunu sayəsində baş tutub.

Gənc futbolçunun “Lans” karyerasına gəlincə, 2023-cü ilin iyul ayında Husanovun Lans təmsilçisinə keçidi ilə bağlı xəbərlər yayılıb. O, 21 iyulda dördillik müqavilə imzalayaraq rəsmi şəkildə komandaya qoşulub.

Abdukodir UEFA Çempionlar Liqasında debütünü noyabrın 29-da “Arsenal”a qarşı keçirib. Qrup mərhələsində komanda 3-cü yeri tutaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə keçib. Husanov komandası “Frayburq”a məğlub olduğundan Avropa mövsümünə erkən vida etməli olub. 

Yeni mövsümə 18 avqust 2024-cü ildə “Anje”yə qarşı oyunla start verən Abdukodir tezliklə “Lans”ın əsas heyətinin dəyişməz üzvünə çevrilib. İngiltərənin “Tottenhem”, “Çelsi” və “Nyukasl”, həmçinin PSJ klubu onunla maraqlanmağa başlayıblar. O, 22 dekabr 2024-cü ildə PSJ-yə qarşı Fransa Kuboku matçında ilk qolunu vurub və mövsümün sonunda “Lans”ın ən yaxşı futbolçusu seçilib.

2025-ci ilin yanvarında isə Husanovun “Lans”dan “Mançester Siti”yə tarixi keçidi baş tutub. “Şəhərlilər”ə 40 milyon avroya transfer olunan Abdukodir klubla 2029-cu ilə qədər müqavilə imzalayıb. Bu keçidlə o, həm “Mançester Siti”nin, həm də İngiltərə Premyer Liqasının tarixində ilk özbək futbolçu olub. 

Husanov 8 fevralda “Siti”nin heyətində İngiltərə Kubokunun 1/16 finalında “Leyton Orient”ə qarşı oyunda ilk qolunu vurub və azarkeşlərin səsverməsi ilə klubun “ayın futbolçusu” seçilib. Onun oyunu və müdafiədəki bacarığı səbəbindən azarkeşlər ona "Üzbəkkenbauer" ləqəbini veriblər – bu, əfsanəvi Frants Bekkenbauerə işarədir.

Namiq HUN

***

10:00

“Mançester Siti” klubunun özbək müdafiəçisi Abdukodir Husanov mövsümün sonuna yaxın uzun müddət əsas heyətdə görünməyib. 

TodayPress TV Aladop.kz portalına istinadən xəbər verir ki, “Mançester Siti” ilə Fransanın “Lans" klubu arasında bağlanmış müqavilədə xüsusi bənd yer alıb. 

Həmin şərtə əsasən, əgər Husanov cari mövsümdə 10-dan çox oyunda meydana çıxsaydı, “şəhərlilər” əlavə olaraq “Lans”a 5 milyon avro ödəməli olacaqdılar. Bu səbəbdən, müdafiəçinin Premyer Liqadakı çıxışları 9 oyunla məhdudlaşıb.

Qeyd edək ki, Abdukodir Husanov “Mançester Siti”yə 2025-ci ilin yanvarında keçib. O, bu müddət ərzində komandanın heyətində 9 oyuna çıxaraq 1 qol vurmağa nail olub.

Namiq HUN

XƏBƏR LENTİ
05 AVQUST 2026
Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Bütün Xəbərlər