Kannavaro Asiyada milli komandanı çalışdıracaq

Kannavaro Asiyada milli komandanı çalışdıracaq
06.10.2025 17:15 İdman

Futbol üzrə dünya çempionu və “Qızıl top” mükafatı sahibi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi təyin olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Kannavaronun məşqçilər heyətinə köməkçisi Eujenio Albarella, fiziki hazırlıq üzrə məşqçi Troize Françesko və qapıçılarla məşqçi Antonio Kimenti daxil olacaq.

“Özbəkistan Futbol Assosiasiyası 2006-cı il dünya çempionu, yaxın keçmişin ən yaxşı müdafiəçilərindən biri və tanınmış mütəxəssis Fabio Kannavaro ilə müqavilə imzalayıb. İtaliyalı məşqçi komandamızı ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlayacaq”, - deyə qurumun bəyanatında qeyd olunub.

Qeyd edək ki, Özbəkistan millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 Bütün Xəbərlər