Hollivud məşhurları ABŞ-Türkiyə oyunu üçün stadiona axışdı - FOTO
DÇ-2026-nın qrup mərhələsində keçirilən Türkiyə-ABŞ matçı ulduzların marağına səbəb olub.
TodayPress TV xəbər verir ki, Los-Ancelesdəki "SoFi Stadionu"nda baş tutan qarşılaşmanı şou-biznes və idman dünyasının tanınmış simaları izləyiblər.
Tribunalarda Leonardo Di Kaprio, Bred Pitt, Edvard Norton, Kolin Farrell, Paris Hilton, Cessika Alba və Vill Ferrell kimi məşhurlar yer alıblar.
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vens də qarşılaşmanı stadiondan izləyənlər sırasında yer alıb.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupundakı son oyununda ABŞ-a 3:2 hesabı ilə qalib gəlib. ABŞ yığması isə məğlubiyyətə baxmayaraq, qrup lideri kimi pley-offa yüksəlib.