DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəldi - YENİLƏNDİ
Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.
Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin (55) öz qapısına vurduğu qol yekun hesabı təyin edib.
Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:2) Avstraliya təmsilçisi 1/8 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Argentina - Kabo Verde cütünün qalibi olacaq.
00:42
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda əlavə vaxt başa çatıb.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçının əsas və əlavə vaxtında qələbə qazanan çıxmayıb - 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Görüşün qalibi penaltilər seriyasında müəyyənləşəcək.
00:03
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda əsas vaxt başa çatıb.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan çıxmayıb - 1:1.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.
23:25
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Avstraliya hesabı bərabərləşdirib - 1:1.
55-ci dəqiqədə Mohamed Haninin avtoqolu "status-kvo"nu bərpa edib.
23:08
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci hissə başlayıb.
22:53
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk hissə bitib.
22:25
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb.
22:10
Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, 1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı uruqvaylı FIFA referisi Qustavo Texera idarə edir.