"Barselona" "Real Madrid"in prezidentini hədələdi

"Barselona" "Real Madrid"in prezidentini hədələdi
12.06.2026 23:10 İdman

"Barselona" bəyanat yayaraq, "Real Madrid"in prezidenti Florentino Peresin Kataloniya klubunun ünvanına daha əvvəl səsləndirdiyi fikirlərdən geri çəkilməyəcəyi təqdirdə ona qarşı böhtan iddiası qaldıracağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Barselona" klubunun rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Florentino Peresin mayın 12-də keçirdiyi mətbuat konfransında və mediaya verdiyi müsahibələrdə səsləndirdiyi bəyanatlarla bağlı ona qarşı böhtan ittihamı ilə məhkəmə iddiası qaldırılmazdan əvvəl icbari barışıq vəsatəti təqdim edilib.

"Bu müraciətin məqsədi Peresin klubun imicinə və nüfuzuna xələl gətirən, böhtan və təhqir xarakterli bəzi bəyanatlarını təkzib etməsi və onların həqiqətə uyğun olmadığını etiraf etməsidir.

Əgər bu tələb lazımi qaydada nəzərdən keçirilməzsə, "Barselona" müvafiq cinayət işinin başlanılması üçün şikayət ərizəsi təqdim edəcək", - deyə Kataloniya klubunun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Florentino Peres "Barselona" ilə Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyra arasında əməkdaşlığın korrupsiya xarakterli məqamlarını gündəmə gətirmişdi. O, həmçinin bu işlə bağlı müvafiq sənədlərin UEFA-ya təqdim olunduğunu bildirmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Bütün Xəbərlər