Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu

Yeni "iPhone" gəlir, cibləri yandıracaq qiymət bəlli oldu
25.06.2026 11:57

"Apple"ın yeni flaqman smartfonu "iPhone 18 Pro"nun qiymətinin əvvəlki modellə müqayisədə 50–100 dollar arta biləcəyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Creative Strategies" analitiki Maks Vaynbax J.P. Morgan-ın proqnozuna istinadən məlumat verib.

Məlumata görə, "iPhone 18 Pro"nun başlanğıc qiyməti 1200 dollara çata bilər. Bahalaşmanın əsas səbəbi isə operativ yaddaş komponentlərinin maya dəyərinin kəskin artmasıdır. Analitiklərin qiymətləndirməsinə görə, yaddaş bazarında davam edən çatışmazlıq və qiymət dəyişkənliyi "Apple" üçün bu komponentlərin xərcini təxminən iki dəfə artıracaq.

Bununla yanaşı, ekspertlər hesab edirlər ki, "Apple" digər komponentlərin ucuzlaşması hesabına əlavə xərclərin bir hissəsini kompensasiya edə biləcək. Həmçinin şirkətin öz istehsalı olan modemlərə keçidi də xərclərin azalmasına kömək edə bilər.

"Apple"ın baş icraçı direktoru Tim Kuk daha əvvəl məhsulların qiymətinin gələcəkdə artırılmasının qaçılmaz görünə biləcəyini bildirmişdi. "The Wall Street Journal" ekspertləri isə "iPhone 18 Pro"nun qiymətinin hətta 1300 dollara qədər yüksələ biləcəyini istisna etmirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər