Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu

Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu
28.05.2025 14:29 Hərbi

28 May - Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, şəxsi heyətin, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Müstəqillik Günü münasibətilə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, həmçinin müxtəlif mədəni-kütləvi vətənpərvərlik tədbirləri təşkil olunub.

Müdafiə nazirinin 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırıldıqdan sonra, tədbirlərdə çıxış  edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.

Qeyd olunub ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyi möhkəmlənib, ölkəmizin beynəlxalq mövqeyi güclənib.

Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.

Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də muzeylər və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.

FOTOLAR

Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 1
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 2
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 3
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 4
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 5
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 6
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 7
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 8
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 9
XƏBƏR LENTİ
03 AVQUST 2026
Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Bütün Xəbərlər