İspaniyanın hərbi strategiyası və hərbi gücü

İspaniyanın hərbi strategiyası və hərbi gücü
13.10.2025 14:44 Hərbi

İspaniya 2025-ci ildə ordunun modernləşdirilməsi, silahlanmanın yenilənməsi və müdafiə sənayesinin inkişafına yönəlmiş yeni hərbi strategiya həyata keçirir.

TodayPress TV məlumat verir ki, ölkənin müdafiə büdcəsi bu il rekord həddə çataraq 28 milyard avrodan artıq olub və ÜDM-in 2 faizi səviyyəsində qərarlaşıb.

Bu artım İspaniyanın NATO qarşısında öhdəliklərini yerinə yetirməsini təmin etməklə yanaşı, ordunun texniki və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.  


Hazırda İspaniya Silahlı Qüvvələrinin tərkibində təxminən 122 min hərbi personal xidmət edir. Ordunun strukturu üç əsas qoşun növündən ibarətdir: Quru Qoşunları, Dəniz Qüvvələri və Hava və Kosmik Qüvvələr. 

Quru Qoşunlarının əsas zirehli texnikası Leopard 2E tanklarıdır və hazırda onların modernləşdirilməsi prosesi davam edir. Bu tanklara yeni rabitə, atəşi idarəetmə və aktiv müdafiə sistemləri quraşdırılır. 2025-ci ilin yayında İspaniya Leopard 2E tanklarını Latviyada baş tutan NATO təlimlərində ilk dəfə sınaqdan keçirib.


Dəniz Qüvvələri 2025-ci ildə S-80 sinfli sualtı qayıqların istifadəyə verilməsi ilə güclənir. İlk qayıq “Isaac Peral” artıq xidmətdədir, “Narciso Monturiol”un isə ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. Bu qayıqlar hava-müstəqil enerji sistemi ilə təchiz olunaraq İspaniyanın dəniz müdafiəsində yeni mərhələ açıb. Donanmanın modernləşdirilməsində F110 fregatları və patrul gəmiləri də mühüm yer tutur. 


Hava və Kosmik Qüvvələrdə əsas qırıcı təyyarələr “Eurofighter Typhoon” (yürofayter tayfun) və “EF-18 Hornet” modelləridir. Eyni zamanda İspaniya Avropanın gələcək döyüş təyyarəsi proqramı olan FCAS layihəsində fəal iştirak edir.


Hava qüvvələrinin xüsusi bölməsi olan “EZAPAC” isə paraşütlə əməliyyat, kəşfiyyat və xüsusi tapşırıqlarda ixtisaslaşıb.


Helikopter parkı “CH-47F Chinook” və “NH90” modelləri ilə yenilənib. Hər iki növ 2025-ci ildə tam təhvil alınıb və hazırda bütün qoşun növləri tərəfindən istifadə olunur. Hava müdafiəsində “Patriot PAC-3 MSE” raket sistemlərinin alınması İspaniyanın strateji qorunma imkanlarını əhəmiyyətli dərəcədə artırıb.


Ordunun strukturunda az tanınan, lakin mühüm rol oynayan bölmələr də mövcuddur. FGNE - Xüsusi Dəniz Müharibəsi Qüvvəsi 2009-cu ildə yaradılıb və su, sahil və quru əməliyyatlarında ixtisaslaşıb.


İspaniyanın Şimali Afrikadakı Ceuta və Melilla kimi ərazilərində xidmət edən əsasən yerli Bərbəri və Mərakeş mənşəli şəxslərdən seçilən Müntəzəm kolonial (Regulares) bölmələri yerli afrikalı əsgərlərdən ibarət ənənəvi qoşun hissələridir. 1248-ci ildən fəaliyyət göstərən “Inmemorial del Rey No.1” alayı isə dünyanın ən qədim aktiv hərbi bölməsi hesab olunur.


İspaniya şahzadələri adətən “Şərəfli əsgərlər” alayında qulluq edirlər. Bir neçə yüz illik musiqi ənənəsinə malik olan Alayın orkestri həmçinin konsert fəaliyyəti ilə də tanınır.  

İspaniya Silahlı Qüvvələrinin tərkibində “Kralın xüsusi mühafizə dəstəsi” kimi xüsusi təyinatlı qüvvələr də fəaliyyət göstərir. Onlar mərasim tapşırıqları ilə yanaşı, həm də real əməliyyat missiyalarına qatılırlar.


Silahlı Qüvvələrin ali baş komandanı Kral Felipe VI-dır. Gündəlik idarəetmə isə Baş nazir Pedro Sançes və müdafiə naziri Margarita Robles tərəfindən həyata keçirilir. Baş Qərargah rəisi Admiral Teodoro Esteban López Calderón ordunun bütün bölmələrinə rəhbərlik edir.


İspaniya ordusunun modernləşdirilməsi yalnız texnika ilə məhdudlaşmır. 2022-ci ildən bu yana Toledo Təlim Mərkəzində 8 mindən çox ukraynalı hərbçi İspaniyada hazırlıq keçib ki, bu da ölkənin beynəlxalq hərbi əməkdaşlıq sahəsində nüfuzunu artırıb.

Müdafiə sənayesində “Navantia”, “Indra” və “Santa Barbara Sistemas” kimi şirkətlər həm daxili tədarük, həm də ixrac sahəsində fəaliyyətlərini genişləndiriblər. “Navantia”nın istehsalı olan S-80 sualtı qayıqları, “Indra”nın elektron və C4ISR sistemləri, “Santa Barbara Sistemas”ın zirehli texnika və artilleriya istehsalı Avropa bazarında böyük maraq doğurur.


İspaniya, həmçinin kibertəhlükəsizlik və müdafiə texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə edib. “Indra” və “Rheinmetall” arasında bağlanan əməkdaşlıq müqaviləsi ilə ordunun rabitə və idarəetmə sistemləri müasirləşdirilir.

2025-ci ildə İspaniya Silahlı Qüvvələri həm Avropa, həm də NATO miqyasında ən sürətlə modernləşən ordulardan biri kimi qiymətləndirilir. Hökumətin əsas hədəfi 2030-cu ilə qədər tam müasir, texnoloji və çevik orduya sahib olmaqdır. Yeni texnologiyaların tətbiqi, kibermüdafiə sistemlərinin gücləndirilməsi və yüksək səviyyəli təlim proqramları bu məqsədə çatmaq üçün prioritet istiqamətlər hesab olunur.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər