Dənizlərin titanı: “USS Gerald R. Ford” səhnədədir!

Dənizlərin titanı: “USS Gerald R. Ford” səhnədədir!
03.03.2026 18:01 Hərbi

ABŞ Dəniz Qüvvələrinin ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş “USS Gerald R. Ford” (CVN-78) aviadaşıyıcısı müasir hərbi dəniz strategiyasının ən parlaq nümunələrindən biridir. Ford sinfinin baş gəmisi kimi 2017-ci ildə xidmətə qəbul edilən bu nəhəng, Nimitz sinfi aviadaşıyıcılarının yerini tutmaq üçün xüsusi olaraq yaradılıb. Ölçüləri, gücü və ən son yenilikləri ilə diqqət çəkən gəmi, ABŞ donanmasının qlobal güc proyeksiyasını yeni səviyyəyə qaldırır. 


Gəmi ABŞ-nin 38-ci prezidenti Gerald Rudolf Fordun şərəfinə adlandırılıb. Prezident Ford İkinci Dünya Müharibəsi illərində donanmada xidmət keçmiş, USS Monterey (CVL-26) yüngül aviadaşıyıcısında döyüş tapşırıqları yerinə yetirmiş və leytenant-kommander (Mayor) rütbəsinə qədər yüksəlmişdi.

Gəminin adı 2006-cı ildə rəsmən elan edilib və bu qərar prezidentin hərbi xidmətini və dövlətə verdiyi töhfələri simvollaşdırır.


Ford sinfi 40 ildən artıq müddətdə ilk tamamilə yeni aviadaşıyıcı dizaynı kimi qəbul edilir və Nimitz sinfinin təkmilləşdirilmiş, daha qabaqcıl versiyasıdır. Bu gəmi ABŞ-nin qlobal hegemonluğunu qorumaq və gücləndirmək strategiyasının əsas elementlərindən birinə çevrilib.


İnşa prosesi “Huntington Ingalls Industries” şirkətinin “Newport News Shipbuilding” zavodunda aparılıb. 2008-ci ildə müqavilə imzalanıb, növbəti il isə gəminin kilsi(onurğası) qoyulub. 2013-cü il noyabrın 17-də suya endirilən gəmi, yalnız 4 il sonra rəsmi olaraq xidmətə qəbul edilib. Ümumi istehsal dəyəri təxminən 13,3 milyard dollar təşkil edir, tədqiqat və inkişaf xərcləri daxil edildikdə isə bu rəqəm 17,5 milyard dollara yaxınlaşır. Gəminin inşasında elektromaqnit katapultlar (EMALS), qabaqcıl ələ keçirmə sistemi (AAG) və ikili diapazonlu radar (DBR) kimi inqilabi texnologiyalar tətbiq olunub. İstehsal prosesində gecikmələr və xərclərin artması ABŞ Konqresində ciddi müzakirələrə səbəb olsa da, gəmi 2021-ci ildə ilkin döyüş qabiliyyətinə nail olub.


USS Gerald R. Ford-un tam yüklənmə tonnajı təxminən 100 min ton təşkil edir. Gəminin ümumi uzunluğu 337 metr, su xəttində eni 41 metr, uçuş göyərtəsinin eni isə 78 metr təşkil edir. Suya batma dərinliyi 12 metr civarındadır. Gəmi iki “A1B” nüvə reaktoru ilə işləyir ki, bu reaktorlar Nimitz sinfindəkindən üç dəfə çox elektrik enerjisi istehsal edir. Maksimal sürəti 30 knotdan (təxminən 55 km/saat) yüksəkdir. Uçuş göyərtəsi eyni anda 75–90 təyyarə və helikopter daşıya bilir: “F-35C”, “F/A-18E/F Super Hornet”, “EA-18G Growler”, “E-2D Hawkeye”, “C-2A Greyhound” və “MH-60R/S Seahawk” helikopterləri, gələcəkdə isə pilotsuz döyüş aparatları. Elektromaqnit katapult sistemi (EMALS) sayəsində gündəlik uçuş sayı 160-dan 220-yə qədər artırıla bilər. Avtomatlaşdırma və qabaqcıl idarəetmə sistemləri hesabına gəmi Nimitz sinfindən 500–900 nəfər az heyətlə idarə olunur.


USS Gerald R. Ford əsasən özünü müdafiəyə yönəlmiş silah sistemləri ilə təchiz edilib. Bunlara 2 ədəd “RIM-162 ESSM” yer-hava raket kompleksi, 2 ədəd “RIM-116 RAM” yaxın məsafə raket sistemi, 3 ədəd “Phalanx CIWS” yaxın məsafə müdafiə topu, 4 ədəd “Mk 38” 25 mm avtomatik top və 4 ədəd “M2” 12,7 mm pulemyot daxildir. Radar və sensor sistemləri arasında “AN/SPY-3” və “AN/SPY-4” aktiv elektron skanlaşdırılmış radarlar əsas yer tutur. Bu komplekslər hava, raket və digər təhdidlərə qarşı yüksək səmərəli müdafiə təmin edir. Gəmi həmçinin elektron müharibə vasitələri və kəşfiyyat sistemləri ilə tam inteqrasiya olunub.


Aviadaşıyıcıda ümumilikdə təxminən 4539 nəfər şəxsi heyət xidmət edir, buna aviasiya qrupu da daxildir. Bu rəqəm Nimitz sinfindəkindən təxminən 20 faiz azdır və bu nəticə qabaqcıl avtomatlaşdırma sistemləri sayəsində əldə olunub. Heyət gəmi kapitanının rəhbərliyi altında hava əməliyyatlarının idarə edilməsi, təyyarələrin texniki xidməti və gəminin müdafiəsi kimi əsas vəzifələri yerinə yetirir.


“USS Gerald R. Ford” ABŞ Dəniz Qüvvələrinin tərkibində xidmət edir və əsasən Mərkəzi Komandanlıq (CENTCOM) və Atlantik Donanması (AIRLANT) zonalarında fəaliyyət göstərir. Gəminin daimi bazası Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Bazasıdır. Nüvə enerjili aviadaşıyıcılar sinfinə aid olan bu gəmi qlobal miqyasda güc nümayiş etdirmək və strateji maraqları qorumaq üçün nəzərdə tutulub.


Gəmi əsasən Atlantik Okeanı, Aralıq dənizi və Fars körfəzi regionunda fəaliyyət göstərir. 2022-ci ildə Atlantik okeanında intensiv sınaq tapşırıqlarına qatılıb. İlk tam miqyaslı döyüş əməliyyatına isə 2023-cü il mayın 2-də başlayıb və Aralıq dənizində İsrail-HƏMAS münaqişəsi fonunda strateji mövqe tutub. 2024–2025-ci illərdə Karib dənizi və digər strateji zonlarda müxtəlif missiyalarda fəal rol oynayıb. Bu əməliyyatlar ABŞ-nin qlobal maraqlarını qorumaq və müttəfiqlərə dəstək vermək məqsədi daşıyıb. 2026-cı il fevralın 28-də başlayan ABŞ və İsrailin İrana qarşı birgə hücumunda “USS Gerald R. Ford” Şərqi Aralıq dənizində yerləşərək İsrailin havadan müdafiəsini təmin edir və İranın raket hücumlarının qarşısını alan "Operation Epic Fury" əməliyyatına qoşulub. Bu strateji mövqeyi ilə gəmi, “USS Abraham Lincoln” ilə birlikdə regionda ABŞ-nin hava üstünlüyünü gücləndirib və İranın qisas zərbələrinə qarşı qalxan rolunu oynayır.


USS Gerald R. Ford ABŞ donanmasının texnoloji üstünlüyünü əyani şəkildə nümayiş etdirən müasir bir şah əsəridir. Elektromaqnit katapultlar, nüvə enerjisi və avtomatlaşdırma kimi yenilikləri ilə gələcək nəsil aviadaşıyıcıların yolunu açır. İstehsal xərcləri və ilkin gecikmələrə baxmayaraq, bu gəmi ABŞ-nin qlobal təhlükəsizlikdəki rolunu möhkəmləndirir və region münaqişələrində ölkəsinin  strateji üstünlüyünü təmin edir. Aviadaşıyıcının gələcəkdə daha geniş və intensiv əməliyyatlarda iştirak edəcəyi gözlənilir.

Nicat Osmanlı

XƏBƏR LENTİ
30 IYUL 2026
Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Bütün Xəbərlər