Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI
13.08.2025 14:00 Hərbi

“Hazırda Azərbaycan-Rusiya və Azərbaycan-Ukrayna münasibətləri fonunda Ukraynaya hər hansı silah satışı məsələsi gündəmdə deyil”.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna hərbi attaşe səviyyəsində qarşılıqlı təmsil olunur. Bu isə hər iki ölkə arasında yalnız siyasi, iqtisadi və mədəni deyil, həm də hərbi-texniki sahədə mütəmadi dialoqun mövcud olduğunu göstərir.

Polkovnik vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana gələrək hərbi təcrübəmizi öyrəniblər:

“Onlar qələbənin hansı imkanlar və güclər sayəsində əldə olunduğunu araşdırıblar. Bu, müsbət haldır, çünki Ukrayna 2014-cü ildən Krımı itirib və onu geri qaytarmaq üçün müxtəlif yollar axtarır. Bu, Ukraynanın haqqıdır. Azərbaycan isə həmişə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib və zəruri humanitar yardımı göstərməkdə davam edir. Son günlərdə Ukraynanın ən çox ehtiyac duyduğu elektrik avadanlıqlarının alınması üçün əlavə 2 milyon ABŞ dolları ayrılıb”.

Hazırda Ukraynanın aldığı silah-sursat əsasən Qərb istehsalıdır. Əgər söhbət ən müasir tanklardan, “F-16” qırıcılarından və ya “Patriot” sistemlərindən gedirsə, bu texnikalar Azərbaycanda yoxdur. Ukraynanın Azərbaycandan hansı silah-sursatı ala biləcəyi isə ayrıca maraq doğurur. Azərbaycan hərbi sənayesinin nailiyyətlərindən ukraynalılar həmişə yararlanıb, öyrənib və tətbiq ediblər. Son illərdə Ukraynada da hərbi sənaye sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan gələcəkdə də bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı davam etdirəcək”.

Ekspert, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına da diqqət yetirib. Belə ki, Vaşinqtondan qayıtdıqdan sonra ölkə başçısının ilk telefon danışıqlarından biri Ukrayna lideri ilə olub:

“Tərəflər bütün istiqamətlər üzrə məsələləri müzakirə ediblər. Bu, çox önəmlidir, çünki işğala məruz qalmış ölkə kimi Azərbaycan Ukraynaya tövsiyə edib ki, işğal faktı ilə barışmasın və sona qədər mübarizə aparsın. Əgər Ukraynanın silaha ehtiyacı olarsa, Azərbaycan onlara müəyyən dəstəyi göstərməyə hər zaman hazırdır”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, həmçinin Odessada SOCAR-ın neft bazasına hücum məsələsi müzakirə edilib.

Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini qəti şəkildə pisləyiblər. “Caliber”in mənbələrindən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlaya bilər.

Qiymət Mahir

FOTOLAR

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI — 1
XƏBƏR LENTİ
02 AVQUST 2026
İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bütün Xəbərlər