Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir

Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir
25.09.2025 11:56 Hərbi

Azərbaycan Ordusunda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Psixoloji qiymətləndirmə prosedurları” mövzusunda təlim keçirilib. 

TodayPress TV xəbər verir ki, Bolqarıstan Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən təlimdə psixoloji qiymətləndirmə prosedurları, gənc əsgərlərin orduya qəbulunda onların psixoloji vəziyyətlərinin dəyərləndirilməsi, hərbi qulluqçuların xidmət dövründə üzləşə biləcəkləri travmaların diaqnostikası və öyrənilməsi yolları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, iştirakçılara Bolqarıstan Ordusunun psixoloqlarının tətbiq etdiyi mexanizmlər və onların praktik üsulları diqqətə çatdırılıb.

Hərbi qulluqçuların bütün xidmət dövründə psixoloji uyğunluqlarının ölçülməsini nəzərdə tutan mövzuda keçirilən təlim interaktiv qaydada aparılıb, dinləyicilər təcrübi çalışmalar vasitəsilə əldə olunan bilikləri möhkəmləndiriblər.

TodayPress TV

FOTOLAR

Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir — 1
Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir — 2
XƏBƏR LENTİ
15 IYUN 2026
Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bütün Xəbərlər