Ölkəyə yeni vaksinlər gətirilir: Pandemiya yenidən qayıdır?

Ölkəyə yeni vaksinlər gətirilir: Pandemiya yenidən qayıdır?
26.12.2025 13:01

Son günlər havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu səbəbdən Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan qrip əleyhinə vaksin preparatları ölkəyə gətirilib. Qeyd olunub ki, vaksinasiya tam ödənişsizdir və əhalinin yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev TodayPress TV-yə bildirib ki, hazırda müşahidə olunan epidemioloji vəziyyət növbəti pandemiya təhlükəsi kimi qiymətləndirilməməlidir.


"Demək olar ki, bu gün əhalinin sağlamlığında əsas problemlər məhz bu mövsümi xəstəliklərlə bağlıdır. Biz həmişə deyirik ki, hər birimiz sanitariya-gigiyena qaydalarına ciddi şəkildə əməl etməliyik. Havalar soyuyub, insanlar ictimai minik vasitələrindən istifadə edirlər, qapalı məkanlarda olurlar. Belə hallarda maskadan istifadə etmək, boğazı və bədəni soyuqdan qorumaq vacibdir. Yəni insan öz bədənini qorumağı bacarmalıdır".

Onun sözlərinə görə, orqanizmin müdafiə qabiliyyətinin güclənməsi üçün düzgün və balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır:

"Mən demirəm ki, mütləq bahalı qidalar qəbul olunmalıdır. Əksinə, adi sulu yeməklər, müxtəlif göy-göyərtilər, gündəlik istifadə olunan təbii məhsullar daha faydalıdır. Eyni zamanda mayelərdən kifayət qədər istifadə olunmalıdır. Bunlar immun sisteminin normal fəaliyyət göstərməsi üçün vacib amillərdir. Soyuq duş qəbul edə bilməyənlər alternativ üsullardan istifadə edə bilərlər. Əgər kimsə səhərlər soyuq duş qəbul edə bilmirsə, adi dəsmallarla və ya məhrəbalarla bədəni qızarana qədər sürtmək olar. Bu üsul xüsusilə uşaqlar üçün çox faydalıdır. Böyüklər bəzən buna əməl etmirlər, amma uşaqları erkən yaşdan bu vərdişlərə öyrətmək lazımdır. Bu cür yanaşma orqanizmin dözümlülüyünü artırır".

Dosent vurğulayıb ki, sadalanan tədbirlər immun sistemini gücləndirir və xəstəliklərin daha yüngül keçirilməsinə şərait yaradır:

"Biz bu dediyim qaydalara əməl etdikdə bədənin immun sistemi möhkəmlənir. Nəticədə istənilən xəstəliyə qarşı orqanizmin dözümü artır. Hətta insan xəstələnsə belə, bu xəstəlikləri daha yüngül keçirir".

Aydın Əliyev əlavə edib ki, dövlət tərəfindən təmin edilən vaksinlər müvafiq yoxlamalardan keçirilir və təhlükəsizdir:

"Pandemiya məsələsi gündəmə gələndə ilk növbədə vaksinlər yada düşür. Dövlət tərəfindən ölkəyə gətirilən vaksinlər yoxlanılır və onların orqanizm üçün xeyri daha çoxdur. Məhz buna görə də bu vaksinlərdən istifadə etmək məsləhət görülür", - deyə həkim qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana üz tutdu 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 Bütün Xəbərlər