Cari il ərzində 80 orqan transplantasiyası əməliyyatı icra olunub

Cari il ərzində 80 orqan transplantasiyası əməliyyatı icra olunub
18.07.2025 10:00

2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub.

TodayPress TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir.

Qeyd edilib ki, sözügedən dövr ərzində icbari tibbi sığorta çərçivəsində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib.

Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.

Cari ilin ilk yarımilliyində vətəndaşlara 154 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb.

Bu xidmətlərdən 1192-i uşaqlara, 63 791-i isə böyüklərə göstərilib.

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 İstanbulda tramvay relsdən çıxdı 14:53 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 Bütün Xəbərlər