Artıq çəkidən qurtulmağın ən təhlükəsiz yolu açıqlandı

Artıq çəkidən qurtulmağın ən təhlükəsiz yolu açıqlandı
20.05.2026 04:00

Üzgüçülük artıq çəkidən qurtulmaq üçün ən zərərsiz və təhlükəsiz üsul hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı tibbi ekspert Yekaterina Demyanovskaya "NEWS.ru" portalına verdiyi müsahibədə məlumat verib.

Mütəxəssis qeyd edib ki, əlavə kaloriləri yandırmaq məqsədilə akvaaerobika (su aerobikası) məşqlərinə də müraciət etmək olduqca səmərəlidir:

"Piylənmə probleminin həllinə ehtiyatla yanaşmaq lazımdır. İnsanın fiziki hazırlığı olmadığı halda, yüksək bədən kütlə indeksi ilə ağır məşqlər etməsi oynaqlarda zədələrə, ürək-damar sistemində ciddi fəsadlara və nəfəs darlığının kəskinləşməsinə gətirib çıxara bilər. Artıq çəki ilə mübarizənin əsasını qidalanma rejiminin tənzimlənməsi və fiziki hərəkətliliyin artırılması təşkil edir. Bu baxımdan aerobik məşqlər, yəni sakit və ritmik dözümlülük tələb edən hərəkətlər çox səmərəlidir. İlkin olaraq su aerobikası və üzgüçülük məşqlərinə başlamaq olar. Bu, kalori sərfiyyatı üçün ən təhlükəsiz variantlardan biridir", - deyə Y.Demyanovskaya vurğulayıb.

O bildirib ki, aerobika fəaliyyətlərinə heç bir əlavə ağırlıq olmadan düzənlik ərazidə yerimək də daxildir. Həkimin sözlərinə görə, ilkin mərhələdə həftə ərzində iki-üç saatlıq ümumi hərəkət kifayət edir. Ekspert diqqətə çatdırıb ki, nəbzin dəqiqədə 110 vuruşu keçməməsi şərtilə, gündəlik 15-20 dəqiqəlik yavaş templə gəzintilərlə işə başlamaq mümkündür.

Y.Demyanovskaya sözlərini belə yekunlaşdırıb: "Məşq müddətinin tədricən uzadılması ürək əzələsini həddən artıq yükləmədən lipid (piy) göstəricilərini və insulinə həssaslıq səviyyəsini normallaşdıra bilər. Suda idman etmək onurğa sütununa və oynaqlara düşən təzyiqi azaldır, bədənin ağırlıq yükünü bir neçə dəfə aşağı salır və bununla bərabər əzələlərin inkişafı üçün təbii müqavimət yaradır".

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Bütün Xəbərlər