Vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi

Vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi
26.09.2025 12:05 Hadisə

Bakı şəhəri, Xətai rayonunda yerləşən "Kolorit" restoranında vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı monitorinq keçirilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

TodayPress TV

FOTOLAR

Vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi — 1
Vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi — 2
Vəhşi heyvanların qanunsuz saxlanıldığı restorana xəbərdarlıq edildi — 3
XƏBƏR LENTİ
20 IYUN 2026
Netanyahunun siyasətdən getməsi istənilir - SORĞU 09:56 Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var 09:45 DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:24 DÇ-2026: Türkiyə qrupdan çıxmaq şansını itirdi - YENİLƏNDİ 4 07:12 Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Bütün Xəbərlər