"TikTok"da vətəndaşları şantaj edən şəxs saxlanıldı

"TikTok"da vətəndaşları şantaj edən şəxs saxlanıldı
02.09.2025 13:42 Hadisə

"TikTok"da “fake” qadın profilləri yaradaraq vətəndaşların qeyri-etik, intim görüntülərini əldə edib, onlardan hədə-qorxu ilə pul tələb edən şəxs polis əməkdaşları tərəfindən ifşa olunub, qanunsuz əməllərinin qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, şübhəli şəxs xüsusi kiber üsul və vasitələrdən istifadə etməklə, domeni gizlədilən profillər vasitəsilə hədəf seçdiyi dövlət qulluğunda çalışan şəxslərin etibarını qazanıb, əldə etdiyi görüntüləri yayacağı ilə hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Vətəndaşların DİN-ə müraciətləri əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalarla həmin profilləri idarə edən 1998-ci il təvəllüdlü Şamil Fətullayev müəyyən edilərək saxlanılıb və məsuliyyətə cəlb olunub.

İlkin məlumata görə, o, cinayətkar fəaliyyətə 700 manatdan başlayan qanunsuz pul tələbləri ilə başlayaraq məbləği daha da artırıb.

Fakt üzrə Ş.Fətullayevə qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs diqqətli olmalı, yayılma ehtimalı olan şəxsi görüntüləri paylaşmamalıdır: "Əgər kimsə sosial şəbəkələrdə hədə və təhdidə məruz qalırsa, dərhal Daxili İşlər Nazirliyinə müraciət etməli və ictimai təhlükəli əməllərin qarşısının alınmasında təşəbbüskar olmalıdır".

Məlumata görə, cinayət işi üzrə xeyli zərərçəkmiş var.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 Bütün Xəbərlər