Kamran Əsədov GÜNAHINI ETİRAF ETDİ

Kamran Əsədov GÜNAHINI ETİRAF ETDİ
13.12.2025 15:34 Hadisə

Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmdə ifadə verən zaman günahkar olduğunu etiraf edib.

TodayPress TV xəbər verir ki, bu barədə məhkəmədə iştirak edən teleoperator Nazir Quliyev bildirib.

"Mən dünəndən bəri bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Həkimin verdiyi suala cavabında o, özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Dünəndən bəri rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır", - deyə Nazir Quliyev qeyd edib.

Qeyd edək ki, dünən tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

Xatırladaq ki, 2014-cü ildə də Kamran Əsədov Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

O zaman K.Əsədov Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunmuşdu.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Bütün Xəbərlər