Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu
20.06.2026 11:10 Hadisə

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq etmiş şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vasif Haqverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bazar gününün havası açıqlandı - Neçə dərəcə isti olacaq? 13:21 Tovuzda çayda batan şəxs Milli Qvardiya əsgəri imiş - FOTO 13:01 Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə 13:08 Keyt Duqlass dünya rekordunu yenilədi 12:41 Almaniyada dəhşətli qəza: Vaqonlar körpüdən aşdı 12:36 Tokio və Vaşinqton birgə təlimlərə başladı 12:30 Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək 12:21 Ukrayna Rusiyaya qarşı hücumları davam etdirir - Bu dəfə hədəf... 12:16 Azərbaycandan Ermənistana buğda göndəriləcək? 12:05 Medvedev: İrandan qisas alınacaq 11:47 Pezeşkian ölümlə hədələndi 11:40 Tramp Qasım Süleymani haqqında danışdı 11:33 Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu 11:17 Rəqibləri Paşinyanı devirmək üçün bu yola əl atdılar 11:01 Qaradağda anbarın fəaliyyəti dayandırıldı - VİDEO 10:57 Rusiya Xarkovda yaşayış binasını vurdu - ÖLƏN VAR 10:46 9-cu siniflər üçün bir sıra imtahanlar bu tarixdə keçiriləcək 10:39 Azərbaycan neftinin son qiymət göstəriciləri açıqlandı 10:28 İsrail Livanı bombardman etdi 10:20 Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmadı 10:05 Netanyahunun siyasətdən gedir? AÇIQLANDI 09:56 Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var 09:45 DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:24 DÇ-2026: Türkiyə qrupdan çıxmaq şansını itirdi - YENİLƏNDİ 4 07:12 Bütün Xəbərlər