İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxslər saxlanıldı

İnsanları xaricdə işə düzəltmək adı ilə aldadan şəxslər saxlanıldı
29.10.2025 15:02 Hadisə

İnsanları xaricdə işə düzəltmək vədi ilə aldadan şəxslər saxlanılıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayevi saxlayıblar.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar.

Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər