Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var

Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var
22.01.2026 00:11 Hadisə

Şəkidə Aşağı Küngüt kəndi və şəhər ərazisində yol qəzaları qeydə alınıb.

TodayPress TV xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 26 yaşlı Elmar Musazadə xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

Digər yol-nəqliyyat hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. "Nissan" və VAZ-21015 markalı iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Nissan"ın sürücüsü 71 yaşlı Asif Paşayev Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən Asif Paşayevin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər