Fransaya casusluqda ittiham edilən şəxslər barəsində məhkəmə iclası keçirildi

Fransaya casusluqda ittiham edilən şəxslər barəsində məhkəmə iclası keçirildi
23.07.2025 09:52 Hadisə

Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır:

"Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub. O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib".

Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb:

"Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar. Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib. Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Frederik Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib".

Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.

Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Loran Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib.

Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.

Daha sonra Martin Ryan ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bu qurumun adı altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakterli olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".

Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla "votsap" proqramı vasitəsilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loran Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb".

Təqsirləndirilən şəxs bildirib ki, ona bir azərbaycanlı jurnalist müraciət edib və suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı video müsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibənin təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim".

Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli, həmçinin Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.

Həmin danışıqlardan biri Martin Ryan ilə Azad Məmmədli arasında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.

Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri elan edilib.

Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.

Proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər