Yasamalda mənzildən 38 min manatlıq qızıl oğurlandı

Yasamalda mənzildən 38 min manatlıq qızıl oğurlandı
29.01.2026 12:07 Hadisə

Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq açıq olan evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

"Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlakın təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər", DİN-dən bildirilib.

TodayPress TV

FOTOLAR

Yasamalda mənzildən 38 min manatlıq qızıl oğurlandı — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 Bütün Xəbərlər