Doğum zamanı ana öldü, sağ qalan körpənin vəziyyəti AÇIQLANDI

Doğum zamanı ana öldü, sağ qalan körpənin vəziyyəti AÇIQLANDI
13.08.2025 13:46 Hadisə

11 avqust 2025-ci il tarixində 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. 1994-cü il təvəllüdlü qadına zəruri laborator və instrumental müayinələr aparılıb və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB məlumat verib.

Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, eləcə də tromboz (qan laxtalanması) aşkarlanıb. Qadın Reanimasiya şöbəsində müalicə alıb.

12 avqust saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentin ürək fəaliyyəti dayanıb. Dərhal tibbi müdaxilə edilərək ürək döyüntüləri bərpa olunub. Lakin gecə saatlarında vəziyyəti yenidən ağırlaşıb və həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23:40-da ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, əməliyyat zamanı qadın 49 sm boyunda, 3 kiloqram 100 qram çəkidə qız övladı dünyaya gətirib. Körpənin vəziyyəti qənaətbəxşdir və müalicəsi Doğum şöbəsində davam etdirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
20 IYUN 2026
Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Bütün Xəbərlər