Bakıda yaşıllıqlar kəsildi - 165 min manatdan artıq ziyan vuruldu

Bakıda yaşıllıqlar kəsildi - 165 min manatdan artıq ziyan vuruldu
19.09.2025 21:15 Hadisə

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində, Nəsimi rayonu 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 722 ünvanında, Yevlax rayonu Hürüuşağı kəndi, Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olundu 11:17 Rəqibləri Paşinyanı devirmək üçün bu yola əl atdılar 11:01 Qaradağda anbarın fəaliyyəti dayandırıldı - VİDEO 10:57 Rusiya Xarkovda yaşayış binasını vurdu - ÖLƏN VAR 10:46 9-cu siniflər üçün bir sıra imtahanlar bu tarixdə keçiriləcək 10:39 Azərbaycan neftinin son qiymət göstəriciləri açıqlandı 10:28 İsrail Livanı bombardman etdi 10:20 Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmadı 10:05 Netanyahunun siyasətdən gedir? AÇIQLANDI 09:56 Britaniyada ağır dəmiryolu qəzası: Ölən və yaralanlar var 09:45 DYP həftəsonu ilə bağlı sürücülərə müraciət etdi 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:24 DÇ-2026: Türkiyə qrupdan çıxmaq şansını itirdi - YENİLƏNDİ 4 07:12 Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Bütün Xəbərlər