Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü

Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü
24.07.2026 22:25 Hadisə

Tələbəlik illərində çox çətin günlər yaşamışam. Novruz çəkilişlərinə gedirdim. Hələ 7-ci sinifdə oxuyanda teatrda çalışırdım. Universitetdə oxuyarkən kirayədə qalırdım. Qrup yoldaşlarımın hamısının evi var idi, bir mən kirayədə yaşayırdım. Elə gün olub ki, metroya verməyə pulum olmayıb.

TodayPress TV Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktyor İlkin Misgərli "Zarafat bir yana" proqramında deyib. Aktyor tələbəlik illərində yaşadığı maddi çətinliklərdən danışıb:

"Universiteti bitirdikdən sonra yenidən teatra qayıtdım. Gördüm ki, alınmır, dolanışıq çətindir. Sonra kloun kimi çalışdım, az da olsa pul qazandım. Çox ağır işdir. Eləsi var bilir ki, bu da insandır, eləsi də var oynadığın yerdə diş çöpü batırır, bir həftə gəzə bilmirsən. Daha sonra layihələr gəldi, şükür bu günümə. Bura çatana qədər çox əziyyət çəkmişəm".

İlkin estetik əməliyyatından da söz açıb. O, saç əkdirdiyini və prosesin asan keçmədiyini deyib:

"Saç əkdirdim, 8 saat əməliyyatda qaldım. Amma indi deyirlər ki, yaraşmır, bu nədir. Üçüncü dəfə də əməliyyat etdirəcəyəm, ondan sonra bu proses bitəcək".

İlkin bir müddət əvvəl yayılan ölüm xəbərindən danışarkən "Bir hala düşdüm ki. Altına bir musiqi qoymuşdular ki, kövrəldim. Hamı da mənə yazır. Get başqasına yaz da" sözlərini əlavə edib.

İlkin məşhur "Qılman həkim" obrazından, atasını müalicə edən həkimdən danışıb:

"Atam onkoloji xəstə idi. Onun istifadə etdiyi ağrıkəsici dərman yalnız bir həkimdə olurdu. Tez-tez ona zəng edirdim. Bir gün telefonu açıb dedi: "Nə olub, bezdirdin məni, yeyib-içməkdəyəm". Mən də cavab verdim ki, atamın vəziyyəti ağırdır, dərman yalnız səndə var, onu haradan tapaq? O isə "Sonra gələrəm" dedi. Həmin hadisədən sonra "Qılman Həkim" obrazını yaratdım. Anam mənə dedi ki, həkimin adını birbaşa çəkmə, amma bu yolla qisasını al. Mən də həmin obrazı acığa yaratdım. Maraqlıdır ki, sonradan o həkim də eyni xəstəlikdən dünyasını dəyişdi".

XƏBƏR LENTİ
24 IYUL 2026
İtkin düşən yeniyetmə qız həyətdə bıçaqlanmış vəziyyətdə tapıldı - TƏFƏRRÜATLAR 23:44 ABŞ İran tankerini vurdu - İDDİA 23:23 ABŞ və Britaniyanın Hörmüz boğazı ilə bağlı yeni planı var - DETALLAR 23:10 Küveytdə partlayış səsləri eşidildi - TƏCİLİ 22:49 İrana gizli zərbələr endirilib - Üç ölkənin adı hallanır 22:40 Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü 22:23 Zelenski yaxın 48 saatla bağlı XƏBƏRDARLIQ ETDİ 22:12 Putin və Netanyahu barədə order verən prokuror vəzifəsindən uzaqlaşdırıldı 22:01 Sırski səlahiyyətlərini belə təhvil verdi - FOTO 21:44 Erməni ərikləri Rusiya bazarını tərk etdi: “Bonjour, Paris!” 21:32 Fövqəladə Hallar hərəkətə keçdi - Nəqliyyatı iflic edən yanğın söndürüldü 21:08 ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!” 21:03 Zakir Həsənov 12 hərbçinin öldüyü hücumla bağlı başsağlığı verdi 20:58 Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İran müxalifətinin qərargahları vuruldu - FOTO 20:53 Özgür Özel: “Ehtiyat partiyamız var” 20:44 İtaliya millisinin yeni baş məşqçisi o oldu 20:39 Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır 20:30 Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 Qiymətləndirmə sektorunda yeniliklər media nümayəndələrinə təqdim olundu 22:08 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Bütün Xəbərlər