"Dirijor çubuğu" kimin əlindədir? - Deputatdan AŞPA-ya sərt tənqid!

"Dirijor çubuğu" kimin əlindədir? - Deputatdan AŞPA-ya sərt tənqid!
27.01.2026 14:06 Gündəm

Avstriyadan olan deputat Petra Bayr Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 36-cı prezidenti seçilib. 

Maraqlıdır, yeni prezidentin dövründə Azərbaycan-AŞPA münasibətləri necə dəyişəcək?     

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki,   Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla münasibətlər kritik dövrünü yaşayır: 

"Azərbaycanın AŞPA-dakı təmsilçiliyi dayandırılıb. Bu, qarşı tərəfin Azərbaycana olan qərəzli münasibətinin birbaşa nəticəsidir. AŞPA Ermənistanı cəzalandırmaq əvəzinə, öz torpaqlarını erməni işğalından azad etmiş Azərbaycanı hədəf alıb".

O qeyd edib ki,  qurumun bundan əvvəlki prezidenti Teodoros Rusopulosun dövründə ikitərəfli münasibətlərimizdə  kritik hallar yaşanıb və həmin vəziyyət hələ də davam edir.

Parlamentari vurğulayıb ki, rəhbərlikdə dəyişiklik kifayət deyil:

"Düşüncəmiz belədir ki, yalnız rəhbərlikdə dəyişiklik bu vəziyyətdən çıxış yolu deyil. AŞPA və deputatları mövqelərini şəxsi maraqlara deyil, strateji baxışlara əsasən formalaşdırmalıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hansı coğrafiyada yerləşir, hansı qonşularla həmsərhəddir və hansı geostrateji əhəmiyyətə malikdir". 

Analitik diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq sülhə böyük töhfə verir:

"Eyni zamanda, Azərbaycan bu gün beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfələr verən dövlətdir. Bu, ən yüksək səviyyədə dövlət başçıları tərəfindən də etiraf olunur. Amerika Birləşmiş Ştatlarının prezidenti Tramp bunu vurğulayır. Çin Xalq Respublikasının sədri Si Cinpin də eyni fikirdədir, Avropanın bəzi liderləri də bunu qeyd edir. Hətta Serbiya prezidenti Azərbaycan dövlət başçısını dahi şəxsiyyət adlandırır və dünya liderlərinin Azərbaycan prezidentindən öyrənə biləcəyi çox şey olduğunu vurğulayır".  

Ekspert bildirib ki, bütün bu reallıqlar fonunda Azərbaycana qarşı göstərilən qərəz və ikili standartın məsuliyyəti AŞPA-nın üzərinə düşür:

"Çox istərdik ki, AŞPA-nın yeni rəhbərliyi vəziyyəti düzgün qiymətləndirsin və Azərbaycana münasibətdə real, obyektiv, konstruktiv addımlar atmağa başlasın. Lakin hesab edirik ki, AŞPA da məlum tapşırıqlar əsasında fəaliyyət göstərir".   

E.Nəsirov sonda əlavə edib ki, AŞPA siyasətini dəyişib Azərbaycanla münasibətləri bərpa etməlidir: 

"Bu qurumun bütün rəhbərliyinə və deputatlarına məsələləri izah etmək, onlara yuxarı instansiyalardan tapşırıqlar vermək zəruridir. Çünki AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışı bir daha göstərdi ki, təşkilat müstəqil deyil, tapşırıq əsasında fəaliyyət göstərir. Ona görə də, "dirijor çubuğunu" kim əlində tutursa, onlar təlimat verməlidir: "Ay AŞPA, siyasətini dəyiş, münasibətlərini konstruktiv et, Azərbaycanla əlaqələri bərpa et". Bu, ilk növbədə Avropa Şurası Parlament Assambleyasının özü üçün faydalıdır". 

Qeyd edək ki, bundan əvvəl Assambleyanın prezidenti vəzifəsini Teodoros Rusopulos tuturdu.

Onun rəhbərliyi dövründə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər