Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
24.12.2025 09:31 Gündəm

Prezident İlham Əliyevin doğum günü münasibəti ilə İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

“Sizi, zəmanəmizin dahi dövlət rəhbərini doğum gününüz münasibəti ilə İçərişəhər “Cümə məscidi” dini icmasının üzvləri adından səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Azərbaycana rəhbərlik etdiyiniz 22 il ərzində ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb, nüfuzlu regional lider kimi mövqelərini möhkəmləndirib. Ən əsası isə Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb. Bu gün Sizin rəhbərliyinizlə həmin torpaqlarda böyük quruğuluq işləri gedir, keçmiş məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar.

Biz, inanclı insanlar ölkəmizin əldə etdiyi bu uğurları Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir və bildiririk ki, Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik, tolerantlıq və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.

Bir daha doğum gününüz münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!”

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər