Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir”

Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir”
15.07.2026 18:44

Azərbaycan və Pakistan ticari-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Pakistan TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu potensialın reallaşdırılması üçün işgüzar dairələr arasında təmasları aktivləşdirmək, investisiya imkanları barədə məlumatlılığı artırmaq və hər iki ölkənin özəl sektorunun əməkdaşlığını genişləndirmək lazımdır.

H.Hacıyev Azərbaycan və Pakistan arasındakı münasibətləri qarşılıqlı etimada və dəyişməz dəstəyə əsaslanan strateji tərəfdaşlıq kimi xarakterizə edib.

O həmçinin hər iki ölkə rəhbərliyi arasındakı qarşılıqlı anlaşmanı yüksək qiymətləndirərək ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməyə davam etdiyini bildirib.

"Siyasi və geostrateji səviyyələrdə Pakistan və Azərbaycan arasındakı münasibətlər mükəmməldir", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

H.Hacıyev birbaşa aviareyslərin sayının artması sayəsində iki ölkə vətəndaşları arasında turizm səfərlərinin çoxalmasını müsbət qiymətləndirib. O həmçinin mədəni əlaqələrin və xalqlar arasında təmasların daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Media sahəsində əməkdaşlıqdan danışan H.Hacıyev pakistanlı jurnalistlərin Şuşa Qlobal Media Forumunda yarandığı gündən etibarən fəal iştirakını qeyd edib.

O xatırladıb ki, forum Şuşanın intellektual və mədəni dialoq mərkəzi, eləcə də dezinformasiya, süni intellekt və strateji kommunikasiyalar da daxil olmaqla media sahəsindəki müasir çağırışların müzakirəsi üçün beynəlxalq platforma kimi tarixi rolunu bərpa etmək məqsədilə Azərbaycan tərəfindən irəli sürülüb.

H.Hacıyev həmçinin Pakistan və Azərbaycan mediası arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edərək qeyd edib ki, mübadilələrin fəallaşması iki qardaş xalq arasında qarşılıqlı anlaşma və dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək.

Bundan əlavə, Azərbaycan Prezidentinin köməkçisi Yaxın Şərqdəki son gərginlik zamanı Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirib.

Onun sözlərinə görə, İslamabad gərginliyin azaldılmasına və dialoqun inkişafına yönəlmiş səyləri dəstəkləyərək strateji müdriklik və məsuliyyətli liderlik nümayiş etdirib. O qeyd edib ki, Pakistan rəhbərliyi kritik bir məqamda bu regionda sülhün təşviqi üçün əhəmiyyətli səylər göstərərək gərginliyin azalması üçün şəraitin yaradılmasına töhfə verib.

"Pakistan rəhbərliyi öz qiymətli vaxtını və səylərini sülh işinə həsr edir", - H.Hacıyev əlavə edib.

Onun sözlərinə görə, Pakistanın konstruktiv rolu İslamabadın qlobal proseslərdə artan geostrateji əhəmiyyətini vurğulayıb və ölkənin regional və beynəlxalq sabitliyə sadiqliyini əks etdirir.

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Bütün Xəbərlər