Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı

Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı
13.07.2026 09:39

Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir. Bütün bu amillər Azərbaycanın əhəmiyyətini daha da artırır. Sevindirici haldır ki, biz artan yük axınını qəbul etməyə hazırıq. Hazırda infrastrukturumuzu genişləndiririk. Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa, qonşularımızın narahatlıqlarını nəzərə almağa və onların da bizim narahatlıqlarımıza həssas yanaşmasına yönəlib. Şuşada keçirilən Media Forumunda hiss etdiyimiz mühit də məhz budur. Biz eyni əməkdaşlıq və etimad mühitini beynəlxalq tərəfdaşlarımız arasında da formalaşdırmağa çalışırıq və ümid edirəm ki, buna nail olmuşuq”, - dövlət başçısı qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 Bütün Xəbərlər