Qlobal likvidlik dəstəyində Azərbaycanın payı açıqlandı

Qlobal likvidlik dəstəyində Azərbaycanın payı açıqlandı
24.05.2025 15:28

Bu il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondundan (IMF) aldığı xüsusi borcalma hüquqları (SDR) çərçivəsində əldə etdiyi vəsaitlərin həcmi 1 milyard 172,8 milyon manat təşkil edib. 

TodayPress TV bu barədə AMB-nin maliyyə hesabatında istinadən xəbər verir.

Hesabata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 % azalıb. 

Qeyd edək ki, SDR-lər Valyuta Fondu tərəfindən üzv ölkələrə şərtsiz şəkildə ayrılan ehtiyat aktivləridir.

SDR-lərin ümumi paylanması 28 avqust 2009-cu ildən qüvvəyə minib və məqsədi üzv ölkələrin rəsmi valyuta ehtiyatlarını dəstəkləməklə qlobal maliyyə sisteminin likvidliyini artırmaqdır.

Paylanma prosesində vəsaitlər üzv ölkələrin IMF-dəki kvotalarına uyğun şəkildə bölüşdürülür.  Bundan əlavə, 10 avqust 2009-cu il tarixində IMF-in Nizamnaməsinə edilən Dördüncü düzəliş əsasında xüsusi birdəfəlik SDR paylanması həyata keçirilib.

Bu düzəliş çərçivəsində, 9 sentyabr 2009-cu il tarixində Azərbaycana 34,3 milyon SDR (78,41 milyon manat) məbləğində xüsusi pay ayrılıb və nəticədə ölkənin ümumi SDR həcmi 119,3 milyon SDR-a (272,72 milyon manat) çatıb. 

2021-ci ildə isə IMF pandemiyanın təsirlərini yumşaltmaq və qlobal iqtisadi dirçəlişi dəstəkləmək məqsədilə üzv ölkələrə növbəti ümumi SDR paylanması həyata keçirib.

Bu mərhələdə Azərbaycana əlavə 375,4 milyon SDR (858,164 milyon manat) məbləğində vəsait ayrılıb. 

SDR-lərdən istifadə edən üzv ölkələr bu vəsaitləri IMF ilə əməliyyatlar aparmaq üçün istifadə edə bilərlər. AMB bu paylamaları valyuta öhdəlikləri kimi uçota alır.

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər