Dünya Bankı Azərbaycanla əməkdaşlığa can atır: MASADA ENERJİ MƏSƏLƏSİ

Dünya Bankı Azərbaycanla əməkdaşlığa can atır: MASADA ENERJİ MƏSƏLƏSİ
15.04.2026 14:30 Maliyyə

Bu gün maliyyə nazirinin I müavini Anar Kərimov Dünya Bankının enerji üzrə baş mütəxəssisləri, hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji sektoru üzrə missiya heyəti ilə görüşüb.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, görüşdə Dünya Bankının "Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)" layihəsinin icrası ilə bağlı Azərbaycana göstərdiyi dəstək, eləcə də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən texniki yardım üzrə əldə olunmuş nəticələr müzakirə edilib.

A.Kərimov Azərbaycanla Dünya Bankı arasında 30 ildən çox davam edən uğurlu əməkdaşlığın Bankı ölkəmizin əsas inkişaf tərəfdaşlarından birinə çevirdiyini qeyd edib. O, bu əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyan AZURE layihəsinin "Masdar" şirkətinin inşa etdiyi 1 QVt gücündə günəş-külək elektrik stansiyalarının milli enerji sisteminə inteqrasiyasını təmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

"AZURE" layihəsi çərçivəsində Batareya Enerji Saxlama Sistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunan nazir müavini bu təşəbbüsün şəbəkə çevikliyinin artırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasda inteqrasiyası və ümumi şəbəkə dayanıqlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Öz növbəsində Dünya Bankının nümayəndələri ölkəmizlə enerji sektorunda əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, elektrik şəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə külək enerjisinin inkişafı istiqamətlərində texniki dəstəyin davam etdiriləcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardım nəticələrinin daha dayanıqlı və səmərəli investisiya layihələrinə çevrilməsinin, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin, növbəti mərhələdə prioritet investisiya istiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və Bank ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər