AMB-nin valyuta ehtiyatlarının tərkibi açıqlandı

AMB-nin valyuta ehtiyatlarının tərkibi açıqlandı
12.06.2026 16:40

2025-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 93 %-ni ABŞ dolları, 1 %-ni Çin yuanı və Qətər rialı, 6 %-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

TodayPress TV bu barədə qurumun illik idarəetmə hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən il valyuta ehtiyatları pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşı olmaqla iki hissəyə bölünərək, hər bir tranşın və altportfelin məqsədinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib. Valyuta ehtiyatlarının idarə edilməsində daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq da davam etdirilib.

2025-ci ildə valyuta aktivlərinin idarə edilməsindən gəlirlər 505,5 milyon ABŞ dolları, gəlirlilik isə 4,6 % təşkil edib, müvafiq bençmarkların gəlirliliyini üstələyib. AMB-nin rəsmi valyuta ehtiyatları idarəetmədən əldə edilən gəlirlər, daxili bazarda valyuta əməliyyatları və məzənnə fərqi hesabına 555,4 milyon ABŞ dolları və yaxud 5,1 % artaraq 11,5 milyard ABŞ dollarına çatıb.

Hesabat ili ərzində valyuta ehtiyatları qlobal maliyyə bazarlarında geosiyasi və geoiqtisadi reallıqlardan irəli gələn bazar dəyişkənliyi şəraitində idarə edilib. ABŞ prezident administrasiyasının sərt tarif siyasəti ilə bağlı açıqlamaları həm qlobal miqyasda, həm də ABŞ-da iqtisadi artım tempinin aşağı düşəcəyi ilə bağlı bazar iştirakçıları arasında narahatlıqlara səbəb olub. İl ərzində azalan inflyasiya tempi fonunda ABŞ və Avropadakı əsas mərkəzi banklar yumşaq pul siyasəti kursunu həyata keçirsələr də, inflyasiyanın hələ də hədəf səviyyəsindən yuxarı olması mərkəzi bankları pul siyasəti qərarlarında ehtiyatlı davranmağa vadar edib. Qeyd olunan amillər və artan qeyri-müəyyənliklər, eyni zamanda dolların dəyərinin aşağı düşməsinə səbəb olub.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər