“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO

“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO
16.04.2026 16:08 Elm və Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.

Bu barədə TodayPress TV-yə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilən görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı, millət vəkilləri Fazil Mustafa və Hikmət Babaoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, təhsil müəssisəsinin pedaqoji kollektivi, şəhid ailələri, media təmsilçiləri, valideynlər və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, qonaqlar əvvəlcə təhsil ocağının foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika dərsinin tədrisi prosesini izləyiblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan gimnaziyanın direktoru Səadət Cahandarova məktəbin cəmiyyətlə açıq dialoq qurması baxımından görüşün xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, ictimaiyyətin təhsilə etimadının daha da gücləndirilməsi, məktəbin, müəllimin nüfuzunun artırılması məhz bu cür müzakirə platformalarından başlayır. Gimnaziyanın fəaliyyətinə dair təqdimatla çıxış edən S.Cahandarova qeyd edib ki, şagirdlərə keyfiyyətli təhsil verməklə yanaşı, cəmiyyətin gözləntilərinə uyğun açıq və müasir təhsil mühiti formalaşdırmaq qarşıya qoyduqları əsas məqsədlərdəndir.

Millət vəkili Fazil Mustafa çıxışında təhsil ocaqlarında stimullaşdırıcı üsulların daha geniş tətbiqinin vacibliyini vurğulayıb. Qeyd edib ki, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və bu istiqamətdə davamlı dəstək mexanizmlərinin qurulması onların dünyagörüşünün inkişafında mühüm rol oynayır. Millət vəkili həmçinin əlavə edib ki, müasir təhsil mühiti şagirdləri düşünməyə, araşdırmağa və öyrəndiklərini paylaşmağa təşviq edən yanaşmalar üzərində qurulmalıdır.

Məktəbin peşəkar və cəmiyyətə faydalı fərdlərin yetişdirilməsi istiqamətində daşıdığı mühüm missiyadan bəhs edən millət vəkili Hikmət Babaoğlu gimnaziyanın fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, təhsil ocağında yaradılan mühit şagirdlərin həm akademik biliklərinin inkişafına, həm də şəxsiyyət kimi formalaşmasına geniş imkanlar yaradır.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı media ilə təhsil müəssisələri arasında açıq dialoqun cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib, məktəblərin fəaliyyətinin ictimaiyyətə daha dolğun və obyektiv çatdırılmasında bu cür müzakirə platformalarını yüksək qiymətləndirib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə təhsil sistemi üçün bu cür müzakirə platformalarının vacibliyindən danışıb, ictimai rəyin öyrənilməsini təhsil siyasətinin daha effektiv qurulmasına xidmət etdiyini vurğulayıb.

BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərlə cəmiyyət arasında açıq və davamlı kommunikasiya mühitinin daha da genişləndirilməsinin vacibliyindən söz açıb. Bildirib ki, ictimai müzakirələr vasitəsilə təhsil müəssisələrinin fəaliyyəti daha şəffaf şəkildə təqdim olunur, eyni zamanda ictimaiyyətin gözləntilərini birbaşa dinləmək imkanı yaranır.

Görüşdə çıxış edən müəllimlər və valideynlər uşaqların hərtərəfli yetişdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın üstünlüklərindən söz açıb, şagirdlər öz uğur hekayələrini iştirakçılarla bölüşüblər. Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

TodayPress TV

FOTOLAR

“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 1
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 2
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 3
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 4
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 5
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 6
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 7
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 8
“Məktəb ictimai müzakirədə” adlı tədbir keçirildi - FOTO — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər