Regionda böyük iqtisadi canlanma: Avtomobil bazarı Ağdama köçürülsə...

Regionda böyük iqtisadi canlanma: Avtomobil bazarı Ağdama köçürülsə...
25.11.2025 15:22

Bakıda fəaliyyət göstərən avtomobil bazarının Ağdama köçürüləcəyi ilə bağlı fikirlər səsləndirilir. Mövcud dəyişikliklərin avtomobil qiymətlərinə və alış-satış prosesinə mümkün təsirləri cəmiyyətin diqqət mərkəzindədir.


Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, bazarın Ağdama daşınması ilk növbədə bölgədə iqtisadi aktivliyin artmasına səbəb olacaq:

“Bu addım yüzlərlə yeni iş yerinin açılması, minlərlə insanın həmin ərazidə dolanışıq imkanının formalaşması deməkdir. Yeni avtomobillərin satışı bazarın əsas hissəsini təşkil etməyəcək. Çünki Azərbaycanda istehsal olunan avtomobillərin sayı məhduddur və onların əksəriyyəti əvvəlcədən sifarişlə satılır. Yeni istehsal olunan maşınların sayı azdır. Amma Ağdamda onlar üçün ayrıca mağaza və nümayəndəliyin açılması da əlavə iş yerlərinin açılmasına şərait yarada bilər”.

Ekspert bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaşayanlar bundan sonra avtomobil almaq üçün uzun məsafə qət edib Bakıya gəlmək məcburiyyətində olmayacaqlar: 

“Regionlarda maşın almaq istəyən vətəndaş artıq bunu Bakıda yox, elə Ağdamda edə biləcək. Bu da həm vaxt, həm də xərc baxımından üstünlükdür. Köçürülmə ikinci əl avtomobil bazarının fəaliyyətinə də müsbət təsir göstərə bilər. Bərdə kimi bölgələrdə mövcud olan avtomobil bazarlarının da mərhələli şəkildə Ağdama cəmlənməsi mümkündür. Mərkəzləşdirilmiş avtomobil bazarı kimi Ağdam çox əlverişli məkandır və burada ikinci əl bazarı yaxşı işləyə bilər”.

Elməddin Muradlı əlavə edib ki, avtomobil bazarı təkcə maşın satışından ibarət olmadığından, müxtəlif xidmət sahələrinin də bölgədə formalaşması gözlənilir:

"Aksesuar mağazaları, servis xidmətləri, təkər satışı, plyonka çəkənlər və digər xidmət sahələri də açılacaq. Beləliklə, bazarda çalışanların sayı bir neçə dəfə artır. Ağdamın bu sahədə rolu olub. Üstəlik, nəqliyyat-logistika şəbəkəsinə qoşulması baxımından da layihə məqsədəuyğundur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Bütün Xəbərlər