Qeyri-neft sektoru 10 %-dən çox artdı

Qeyri-neft sektoru 10 %-dən çox artdı
12.09.2025 12:38

Bu ilin yanvar-avqust aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın sentyabr sayına dair təqdim etdiyi ilkin rəqəmlərdə deyilir.

İcmala əsasən, bu ilin 8 ayında yeyinti məhsulları üzrə ixrac 22,9 % artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin 8 ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2 %, meyvə-tərəvəz 32,2 %, kimya sənayesi məhsulları 24,3 %, pambıq iplik 16,3 %, çay 2,1 %, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 % artıb.

2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2 % artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 % artaraq 209,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 % artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Bütün Xəbərlər