Gürcüstan Azərbaycandan 66 milyon dollarlıq neft idxal etdi

Gürcüstan Azərbaycandan 66 milyon dollarlıq neft idxal etdi
25.10.2025 02:44

Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində 972 milyon dollar dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Bunun 95,2 min tonunu (66 milyon dollar) Azərbaycandan alıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Qeyd olunub ki, ümumi idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb, həcmi isə 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazarda yanacaq qiymətlərinin ilin birinci yarısında əhəmiyyətli dərəcədə ucuzlaşması olub.

Gürcüstan üçün əsas tədarükçü ölkə bu il də Rusiyadır. Bu ölkədən 387 milyon dollar dəyərində, 554,6 min ton yanacaq idxal olunub. Lakin Rusiyadan gətirilən yanacağın dəyəri ötən illə müqayisədə 3,4 faiz azalıb.

İkinci yerdə Rumıniya qərarlaşıb. Gürcüstan bu ölkədən 183 milyon dollar dəyərində, 242,4 min ton yanacaq alıb ki, bu da 68 faiz artım deməkdir. Bolqarıstandan idxal 13 faiz, Türkiyədən 27 faiz artıb.

Azərbaycandan gətirilən yanacağın həcmi isə 13 faiz azalıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Robin Hudun sığındığı 1000 yaşlı tarixi ağac qurudu 23:09 DÇ-2026: Türkiyə hesabda geridədir - YENİLƏNDİ 07:12 Stounhencin "prototipi" tapıldı: 500 il daha qədimdir 23:07 Göz əsməsinin səbəbləri AÇIQLANDI 23:12 Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah 23:11 D-8 ölkələrinin nümayəndələri toplandı - Növbəti sammitə hazırlıQ müzakirə ediləcək 23:19 Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 Bütün Xəbərlər