"Bitcoin"in qiyməti 71 min dolları ötdü

"Bitcoin"in qiyməti 71 min dolları ötdü
08.04.2026 10:27

Kriptovalyuta bazarında son sutkada artım qeydə alınıb, bazarın ümumi kapitallaşması 3,86% artaraq 2,44 trln. dollar təşkil edib.

TodayPress TV xəbər verir ki, bazarın lider kriptovalyutası olan "Bitcoin"in qiyməti 24 saat ərzində 3,99% artaraq 71 568 dollar səviyyəsinə yüksəlib.

"Ethereum"un qiyməti isə 6,05% artaraq 2 241 dollar olub.

İlk onluqda yer alan digər aktivlər üzrə də əsasən artım müşahidə edilib. Belə ki, BNB-nin qiyməti 2,53% artaraq 615 dollara çatıb. "Bitcoin Cash"in qiyməti 2,42% artaraq 443 dollar olub. "Monero" 4,08% bahalaşaraq 339 dollar, "Bittensor" 7,97% bahalaşaraq 337 dollara yüksəlib. "Zcash"ın qiyməti isə daha kəskin – 22,81% artaraq 322 dollara çatıb.

Qızıl təminatlı tokenlərdə də müsbət dinamika qeydə alınıb. Belə ki, "PAX Gold"un qiyməti 2,88% artaraq 4 778 dollar, "Tether Gold"un qiyməti isə 2,73% artaraq 4 757 dollar olub.

"CoinMarketCap 20" indeksi son 24 saatda 4,62% artaraq 147,35 bənd səviyyəsinə yüksəlib.

Analitiklər qeyd edirlər ki, artımın arxasında bir neçə konkret faktor dayanır. Birincisi, Yaxın Şərqdə gərginliyin qismən azalması və İran ətrafında mümkün eskalasiyanın zəifləməsi qlobal bazarlarda risk iştahasını artırıb. Bu, investorların yenidən riskli aktivlərə, o cümlədən kriptovalyutalara yönəlməsinə səbəb olub. Bundan əlavə, ABŞ-da spot Bitcoin ETF-lərinə daxilolmaların artması institusional tələbi gücləndirib və birbaşa olaraq "Bitcoin"in qiymətini yuxarı çəkib. Digər tərəfdən qlobal fond bazarlarında müsbət dinamika və dolların nisbi sabitliyi fonunda investorlar alternativ aktivlərə keçidi artırıb ki, bu da BTC-nin 71 min dollar həddini keçməsini sürətləndirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Bütün Xəbərlər