Azərbaycanda sənaye istehsalı 11 ayda 57 milyard manata yüksəldi

Azərbaycanda sənaye istehsalı 11 ayda 57 milyard manata yüksəldi
10.12.2025 14:50

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsulunun 60,6 faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 49,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7 faiz, tütün məmulatlarının istehsalı 13,2 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artmış, içkilərin istehsalı 1,6 faiz, tikinti materiallarının istehsalı 3,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,6 faiz, maşın və avadanlıqların istehsalı 8,7 faiz, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, mebel istehsalı 10,0 faiz, elektrik avadanlıqlarının istehsalı 11,2 faiz, poliqrafiya məhsullarının istehsalı 18,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 19,9 faiz, geyim istehsalı 20,0 faiz, kağız və karton istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artıb.

TodayPress TV 


XƏBƏR LENTİ
19 IYUN 2026
Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxdı 22:06 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Bütün Xəbərlər