Azərbaycan və Litva ƏDV-ni nağd şəkildə qaytarmaq barədə fikir mübadiləsi apardı

Azərbaycan və Litva ƏDV-ni nağd şəkildə qaytarmaq barədə fikir mübadiləsi apardı
03.10.2025 11:22

Azərbaycan və Litva süni intellekt əsaslı nəzarət mexanizmləri, nəzarət-kassa aparatlarının süni intellekt vasitəsilə izlənilməsi, əlavə dəyər vergisinin (ƏDV) nağd şəkildə qaytarılması mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda Litvanın Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş risklərin təhlili və seçimi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Litva Dövlət Vergi Müfəttişliyinin nümayəndələri risklərin təhlili və seçimi sistemi, daxili risk profili və vergi ödəyicilərinin profilləşdirilməsi üzrə təqdimatlar nümayiş etdiriblər. Azərbaycanlı mütəxəssislər isə e-qaimələrin hazırlanması və təqdim olunması prosesi, ƏDV bəyannamələrinin formalaşdırılması, TaxesBI hesabat aləti, müvafiq sahədə real vaxt rejimində vergi nəzarəti, eləcə də Elektron Hökumət İnformasiya Sistemi kimi innovativ həllər barədə təqdimatlarla çıxış ediblər.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, vergi sahəsində şəffaflığın artırılması, ƏDV inzibatçılığı və süni intellektin vergi idarəçiliyində tətbiqi, vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi imkanları da müzakirə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
"Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi 19:10 Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Vens İranla danışıqlar üçün yaxın günlərdə İsveçrəyə səfər edəcək 18:25 İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Qeyri-adi təhlükəsizlik yoxlaması Almanlardan da yan keçmədi - VİDEO 15:28 Tramp yeni "Air Force One"-ı nümayiş etdirdi - VİDEO 15:22 Yevlax sakini su kanalında batdı 15:12 Bütün Xəbərlər