Zelenski hökumətdə kütləvi dəyişikliklərə hazırlaşır: Kimin getməsi gözlənilir?

Zelenski hökumətdə kütləvi dəyişikliklərə hazırlaşır: Kimin getməsi gözlənilir?
30.06.2025 12:28 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Nazirlər Kabinetində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirə bilər. Buna səbəb vitse-premyer Aleksandr Çernışov ətrafında yaranan reputasiya böhranıdır.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” təhlil materialında yazıb.

Məlumata görə, Çernışovun həbsdən yayınması onunla bağlı ictimai qəzəbi sakitləşdirməyib və Prezident Aparatında hesab edilir ki, bu hadisə mərkəzi hakimiyyətin imicinə ciddi zərbə vurub. Çernışovun və onun rəhbərlik etdiyi strukturun taleyinin artıq müəyyənləşdiyi bildirilir.

Kimin getməsi gözlənilir?

Mənbələrə əsasən, istefaya göndərilməsi müzakirə olunan nazirlər bunlardır:

Oksen Lisovoy (təhsil naziri) – fəaliyyətinin səmərəsizliyi və deputatlardan gələn tənqidlər səbəbindən;

Oksana Jolnoviç (sosial siyasət naziri) – işinə yönəlik narazılıqlara görə;

Viktor Lyaşko (səhiyyə naziri) – 4 illik fəaliyyətindən sonra öz istəyi ilə istefa verməyə hazır olduğu deyilir;

Matvey Bednıy (gənclər və idman naziri) – gələcəyi qeyri-müəyyəndir;

Nataliya Kalmıkova (veteranlar üzrə nazir) – səmərəsiz hesab edilsə də, əvəzlənməsi üçün real namizəd yoxdur.

Yeni təyinat ehtimalları

Baş nazir Denis Şmıqal vəzifədən gedərsə, onun yerinə əsas namizəd hazırda iqtisadiyyat naziri olan Yuliya Sviridenkodur.

Digər ehtimal olunan dəyişikliklər:

Aleksey Kuleba (bərpa işləri üzrə vitse-premyer) iqtisadiyyat və ya enerji naziri ola bilər – əgər German Qaluşenkonun vəzifəsi dəyişdirilərsə;

Roksolana Pidlasa (Ali Radanın büdcə komitəsinin rəhbəri) maliyyə naziri postuna namizəd göstərilsə də, Qərb tərəfdaşları bu dəyişikliyə müsbət yanaşmır;

Daxili işlər naziri İqor Klimenkonun vitse-premyer postuna keçidi də müzakirə olunur.

Umerovun durumu

Müdafiə naziri Rustem Umerovun vəzifədən uzaqlaşdırılması hələlik gündəmdə deyil. Daha əvvəl onun ABŞ-yə səfir təyin olunması variantı nəzərdən keçirilsə də, bu ideyadan imtina olunub.

Aleksandr Çernışov qalmaqalı

Skandal onun xaricdə səfərdə olduğu dövrdə başlayıb. O, qaçdığı barədə yayılan xəbərləri təkzib edərək 23 iyunda şəxsən NABU-ya (Milli Antikorrupsiya Bürosu) gəldiyini və ona rəsmi şəkildə iri miqyaslı rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarının elan olunduğunu açıqlayıb. İttihamlar 2020–2022-ci illərdə icma və ərazilərin inkişafı naziri olduğu dövrə aiddir. O, tikinti sektorundakı korrupsiya sxemində altıncı fiqurant kimi tanınıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər