Zelenski: "ABŞ-yə təqdim etdiyimiz sülh planı son versiya deyil"

Zelenski: "ABŞ-yə təqdim etdiyimiz sülh planı son versiya deyil"
11.12.2025 23:30 Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 10-da ABŞ-yə təqdim edilən sülh planı hələ tamamlama mərhələsindədir və yekun variant hesab edilmir.
TodayPress TV xəbər verir ki, O, bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, sülh təşəbbüsü bir neçə sənəddən ibarətdir və həmin sənədlərin bir çoxunun üzərində hələ iş aparılacaq. Prezident qeyd edib ki, bu sənədlərin məzmunu 20 maddəlik əsas planın hansı formada qəbul ediləcəyindən asılıdır.
Dövlət başçısı təhlükəsizlik təminatlarının hazırlanmasının davam etdiyini vurğulayıb.
O deyib ki, təminatlar real olmalı və Ukraynanın üçüncü dəfə Rusiya hücumuna məruz qalmaması üçün effektiv mexanizm yaratmalıdır.

Zelenski bildirib ki, ABŞ sülh planının qəbulu üçün konkret müddət müəyyən etməyib, lakin Vaşinqton müharibənin mümkün qədər tez bitməsində maraqlıdır.
Prezident qeyd edib ki, Rusiyanın hazırda ciddi iqtisadi problemləri var və ölkə danışıqlarda fasiləyə ehtiyac duyur.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Moskvanın maraqlarına uyğun deyil.

Zelenski onu da açıqlayıb ki, sülh razılaşmasının hazırkı layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi olması nəzərdə tutulur.
Prezident həmçinin bildirib ki, Rusiya əsir mübadiləsini ləngidir və bunu ümumi siyasi razılaşmalar əldə etmək istəyi ilə əlaqələndirib.
XƏBƏR LENTİ
16 IYUN 2026
Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Bütün Xəbərlər