Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir

Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir
06.07.2026 10:32 Dünya

İranın sabiq Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ərəfəsində İran hakimiyyətinin mümkün fövqəladə hallara qarşı xüsusi hazırlıq gördüyü iddia olunur.

TodayPress TV xəbər verir ki, Almaniyanın "WELT" nəşrinin yaydığı məlumata əsasən, İran Qızıl Aypara Cəmiyyəti və Böhranların İdarə Edilməsi Təşkilatı ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arifə məxfi məktub göndərib.

İddiaya görə, sənəddə milyonlarla insanın qatılacağı gözlənilən mərasim zamanı izdiham və yüksək temperatur səbəbindən 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qeyd olunub.

Bildirilib ki, bu ssenariyə hazırlıq məqsədilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında minlərlə qəbir əvvəlcədən hazırlanıb. Eyni zamanda, mümkün həlak olanların və itkin düşən şəxslərin qeydiyyatı üçün xüsusi qərargahın yaradıldığı da vurğulanır.

"WELT"-ə danışan Tehran bələdiyyəsinin əməkdaşlarından birinin sözlərinə görə, qəbir yerlərinin hazırlanması ilə bağlı məlumat həqiqətə uyğundur.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri Tehranda başlayacaq, daha sonra Qum, Nəcəf və Kərbəla şəhərlərində davam edəcək. Onun iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:43 AQTA sədrinə yeni müavin təyin olundu - SƏRƏNCAM 12:29 Hikmət Hacıyev Azərbaycan kulinariya irsi ilə bağlı paylaşım etdi 12:20 Rusiya Ukraynanın ən strateji obyektlərini belə vurdu - VİDEO 12:16 Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik - FOTO 12:07 Orta hesabla hər gün 10 nəfərin öldürüldüyü Ukrayna savaşının dəqiq itkiləri nə qədərdir? 11:56 Hərbi Hava Qüvvələrinin yeni qırıcıları təlimlərə başladı - VİDEO 11:45 Moskvada növbəti dron təhlükəsi elan olundu 11:25 Trampdan İlham Əliyevə xüsusi dəvət – TƏCİLİ 11:09 Prezident Malavi liderini təbrik etdi 11:05 Paşinyan seçkidə rəzil etdiyi Rusiyaya səfərə yollandı – Apardığı dosyelərlə Moskvanı necə susduracaq? 10:59 SEPAH-a yeni komandan təyin edildi 10:50 Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir 10:32 Məhərrəm ayı nə vaxt başa çatır? 10:17 Havanın temperaturu neçə dərəcə olacaq? 10:09 Fövqəladə Hallar ötən həftənin statistikasını açıqladı: 583 yanğına çıxış... 09:58 Neymar karyerası barədə qərar verdi: Braziliya millisində... 09:53 Azərbaycanlılar da topun ağzında – Ruslar miqrantları qovmaq üçün siyahı yaydı 09:32 Xocalı sakinlərinin xilası üçün düşmənin zirehli texnikasını kəsən qəhrəmanlıq — İlk dəfə 09:28 Kiyevə növbəti raket hücumu: Mülki itkilərin sayı artmaqda davam edir - VİDEO 09:32 Tehranda "qisas bayrağı" qaldırıldı 09:09 Paşinyan Rusiyaya getdi 08:46 Tramp Zelenski ilə görüşəcək – Hansı mövzu müzakirə olunacaq? 08:37 Qarabağa köç davam edir: Sakinlər Cəbrayıla yola salındı 08:24 DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi 08:19 Bütün Xəbərlər