Xamenei “Böyük Şeytan”ı hədələdi: “Cavab verəcəyik!”
İranın Ali Dini Lideri Müctəba Xamenei ABŞ-ni razılaşmanı pozmaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, Xamenei ABŞ Prezidenti Donald Trampın imzasının etibarsız olduğunu iddia edərək, razılaşmanın pozulmasının bunu bir daha sübut etdiyini bildirib.
O, ABŞ-ni “Böyük Şeytan” adlandıraraq, Vaşinqtonun əsl simasını yenidən ortaya qoyduğunu və bunun ABŞ-nin etibarsızlığını, verdiyi vədlərə sadiq qalmadığını göstərdiyini söyləyib.
Xamenei əlavə edib ki, ABŞ müharibəni alovlandırmağa və daha böyük itkilər bahasına qarşıdurmanı genişləndirməyə çalışır. Onun sözlərinə görə, İran xalqı və “Müqavimət Cəbhəsi” buna cavab verməyə hazırdır və son günlərdə baş verən hadisələr bunu nümayiş etdirib.
Kübra Musayeva