Gunvor Lukoil-in aktivlərini almaqdan imtina etdi

Gunvor Lukoil-in aktivlərini almaqdan imtina etdi
07.11.2025 09:31 Dünya

Neft ticarəti şirkəti Gunvor, ABŞ Maliyyə Nazirliyinin lisenziya verməkdən imtina etməsindən sonra Lukoil-in xarici aktivlərini almaq planından geri çəkildiyini açıqlayıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, şirkət sosial şəbəkə hesabı X-də yayımladığı bəyanatda ABŞ-nin Gunvor-un Rusiya ilə əlaqələri barədə iddialarını “qeyri-dəqiq və yalan” adlandırıb.

Gunvor bildirib ki, şirkət bu məsələdəki anlaşılmazlığı aradan qaldırmaq niyyətindədir, lakin hazırkı şəraitdə Lukoil-in xarici aktivlərini almaqdan imtina edir.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Gunvor-a biznes fəaliyyəti üçün lisenziyanın Ukraynadakı münaqişə bitənədək verilməyəcəyini bildirmiş və şirkətin Rusiyanın nəzarətində olduğunu iddia etmişdi.

Qeyd olunur ki, oktyabr ayında ABŞ və Böyük Britaniya Lukoil-i sanksiya siyahısına daxil etmişdi. ABŞ sanksiyaları Xəzər Boru Kəməri Konsorsiumu və Tengizchevroil, Böyük Britaniya sanksiyaları isə Qarabağ və Şahdəniz layihələri ilə əməkdaşlığa təsir etmir.

Eyni zamanda Lukoil bunun ardından xarici aktivlərini satmaq niyyətini açıqlamış, Gunvor isə şirkətin xarici bölmələrini idarə edən Lukoil International GmbH-ni almaq təklifi təqdim etmişdi.

Qazaxıstan hökuməti də Lukoil-ə tətbiq olunan sanksiyaların təsirini araşdırdığını bildirib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər