"Volkswagen" və "Porsche" 500 mindən çox avtomobili geri çağırır

"Volkswagen" və "Porsche" 500 mindən çox avtomobili geri çağırır
07.01.2026 03:33 Dünya

Arxa görüntü kamerası ilə bağlı yaranan problemlərə görə Almaniyanın avtomobil istehsalçıları "Porsche" və onun ana şirkəti "Volkswagen" ABŞ-də ümumilikdə yarım milyondan çox avtomobili geri çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

NHTSA-nın məlumatına görə, Volkswagen Group of America (Audi markası da daxil olmaqla) proqram təminatındakı nasazlıq səbəbindən ABŞ-da 356 649 avtomobili geri çağırır. Sözügedən nasazlıq arxa görüntü kamerasının görüntüsünün düzgün əks olunmamasına səbəb ola bilər.

"Volkswagen"-in ABŞ bazarında illik satışları 2024-cü ildə təxminən 380 min, 2023-cü ildə isə 330 min ədəd təşkil edib.

Şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Geri çağırma qərarı ötən həftə "Volkswagen"-in lüks brendi "Porsche"-nin də oxşar problemə görə ABŞ-də 173 538 avtomobili geri çağıracağını elan etməsindən sonra verilib. Bu, "Porsche Cars North America" tərəfindən son illərdə həyata keçirilən ən iri təhlükəsizlik geri çağırmalarından biri hesab olunur.

Qeyd edək ki, ötən il NHTSA "Hyundai", "Ford", "Toyota" və "Chrysler" markalarına məxsus avtomobilləri də qəza riskini artıran oxşar arxa görüntü kamerası problemlərinə görə geri çağırmışdı.

NHTSA-nın bildirdiyinə görə, "Volkswagen"-in geri çağırma kampaniyası 2019–2026-cı il istehsalı olan bəzi modelləri əhatə edir və dilerlər proqram təminatını pulsuz yeniləyəcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər